Türkiyə ordusu Tel Rıfat bölgəsindən Fərat Qalxanı ərazisinə hücum etmək istəyən 3 PKK / YPG terrorçusu zərərsizləşdirib.
Milletinsesi.az unikal.org-a istinadən bildirir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin “Twitter” hesabında edilən açıqlamada, “Tel Rıfat bölgəsindən atəş açaraq Fərat Qalxanı bölgəsinə hücum etməyə cəhd göstərən 3 PKK / YPG terrorçusunun Qəhrəman Komandolarımızın cavabı ilə zərərsizləşdirildiyi”, qeyd edilib.