Dünya üzrə koronavirusa yoluxanların sayı artıq bir milyona yaxınlaşmaqdadır.
Milletinsesi.az xəbər verir ki, aprelin 2-si səhər saatlarına olan məlumata görə, dünyada 938 min 370 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 47 min 286 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 195 min 371 nəfərə çatıb.
Təsdiqlənmiş yoluxma hallarına görə dünyada ilk sırada ABŞ qərarlaşıb. Burada 215 min 417 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 5 min 116 nəfərdir.
Avropada isə xəstələnən və ölən insanların sayına görə birinci yeri əvvəlki kimi İtaliya tutur – 110 min 574 yoluxma və 13 min 155 ölüm. İspaniyada 102 min 136 yoluxma və 9 min 53 ölüm, Almaniyada 73 min 522 yoluxma və 872 ölüm, Fransada 56 min 989 yoluxma və 4 min 32 ölüm, Böyük Britaniyada 29 min 842 yoluxma və 2 min 356 ölüm faktı qeydə alınıb.
Çinin materik hissəsində isə indiyə qədər 81 min 589 nəfərin yoluxduğu və 3 min 318 nəfərin öldüyü bildirilir.
Virusun ən çox yayıldığı ölkələrdən biri də İrandır. Burada rəsmi məlumata görə, 47 min 593 nəfərin testi pozitiv çıxıb, ölənlərin sayı isə 3 min 36 nəfərə yüksəlib.