Dünya bazarlarında neft cüzi bahalaşıb.
Modern.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin yanvar müqaviləsinin dəyəri 0,26% artaraq, 1 barelə görə 93,91 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,28% artaraq, 86,71 dollara bərabər olub.