“Dünyada Rusiya qədər heç bir ölkə bu həcmdə sanksiyalarla üzləşməyib…”

“Dünyada Rusiya qədər heç bir ölkə bu həcmdə sanksiyalarla üzləşməyib…”

“Biz düşmənlərimizin niyyətlərinin arxasında duran bütün təhlükələri nəzərə alırıq…”

 

 

Kreml Rusiyaya ixrac qadağasına cavab olaraq ümumdünya iqtisadi böhran vəd edib

 

 

Rusiyaya qarşı sanksiyaların sərtəşdirilməsi dünya iqtisadi böhranına təhrik edə bilər.

 

 

Moderator.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib.

 

“Biz düşmənlərimizin niyyətlərinin arxasında duran bütün təhlükələri nəzərə alırıq. Biz ona istinad edirik ki, istənilən halda ölkəmizə qarşı tətbiq edilən indiki sanksiyalar və bu gün Brüssel və Vaşingtonda əlavə addımların düşünülməsi, əlbəttə ki, dünya iqtisadiyyatına zərbə vuracaq”, – o, bu barədə jurnalistlər üçün brifinqdə bəyan edib.

 

Bu zaman o, xatırladıb ki, Rusiya qədər “dünyada heç bir ölkə bu həcmdə sanksiyalarla üzləşməyib”.

 

“Ona görə də biz uyğunlaşırıq, inkişaf edirik, perspektiv inkişaf planları ilə məşğul oluruq”, – Kreml carçısı məlumat verib.

 

Xatırladaq ki, “Bloomberg” agentliyinin məlumatına görə, bu ərəfədə ABŞ və Ukraynanın digər müttəfiqləri Rusiyaya qarşı sanksiya siyasətində dəyişiklikləri müzakirə edir.

 

O cümlədən xüsusi icazə siyahısı yaradılması planlaşdırılan bəzi istinalarla Rusiyaya mallar ixracının tam qadağan edilməsi nəzərdən keçirilir.

 

Məlumatda deyilir ki, dərmanlar, kənd təsərrüfatı məhsulları və ərzaq məhsullarını əvvəlkitək Rusiyaya tədarük etmək mümkün olacaq.

 

Bundan sonra “Kyodo” agentliyi dəqiqləşdirib ki, ticarət embarqosunun mümkün genişləndirlməsi 19-21 may tarixlərində G7 ölkələrinin Xirosimada keçiriləcək sammitində müzakirə ediləcək.

 

Rusiyaya qarşı 10-cu sanksiyalar paketini Avropa İttifaqı fevralın 25-də qəbul edilib. “Qara siyahı”ya o zaman 121 fiziki və hüquqi şəxs daxil edilib, habelə idxal və ixraca yeni məhdudiyyətlər qoyulub.

 

Qərb ölkələri Rusiya prezidenti Vladimir Putinin 24 fevral 2022-ci ildə elan etdiyi Donbasın müdafəsi üzə “xüsusi əməliyyat”ın fonunda Rusiyaya sanksiya təzyiqini gücləndirib.

Mənbə

Share: