Dünyanı 150 dəfə partlatmağa qadirik – Tramp

Dünyanı 150 dəfə partlatmağa qadirik – Tramp

ABŞ-ın dünyanı 150 dəfə partlatmağa yetəcək qədər nüvə silahı arsenalı mövcuddur. Vaşinqton nüvə sınaqları keçirməyən yeganə ölkə olaraq qalmaq niyyətində deyil.

Millətin Səsi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində səsləndirib.

“Bizim digər ölkələrdən daha çox nüvə silahımız var. Denuklearizasiya (nüvə silahının azaldılması və ya ləğvi – red.) məsələsi ilə bağlı nəsə etməliyik”, – Tramp bildirib.

Onun sözlərinə görə, bu məsələni Çin sədri Si Szinpin və Rusiya Prezidenti Vladimir Putinlə də müzakirə edib.

Ağ Evin rəhbəri əlavə edib ki, Vaşinqton digər dövlətlər kimi hərəkət edəcək:

“Biz nüvə sınaqları keçirəcəyik, necə ki, digər ölkələr keçirir. Rusiya sınaqlar aparır, Çin də aparır, sadəcə, onlar bunu etiraf etmirlər. Biz isə açıq cəmiyyətik. Fərqliyik. Biz bu barədə açıq danışırıq”.

Share: