Dünyanın ən bahalı spirtli içkiləri – TOP 7

Əksəriyyətimiz alkoqollu içkilərə bayramın vacib atributu kimi baxırıq. Lakin bəzi spirtli içkilər elə bahalıdır ki, avtomobil və ya hətta mənzil almaq daha sərfəlidir.

Milletinsesi.az Oxu.az-a istinadən dünyanın ən bahalı spirtli içkilərini təqdim edir:

7. “Château d’Yquem”, 1811-ci il


1811-ci ilin “Chateau d ‘ Yquem” şərabının şüşəsinin qiyməti 130 000 dollardır. Bu şirin şərab Napoleon müharibələri zamanı yaradılıb. Dünyada ən bahalı şərab hesab olunur.

6. “Croizet Cognac”, 1858-ci il


Konyak 1858-ci ilin yeganə məhsulundan hazırlanıb. Bu konyak bütün dünyada mütəxəssislər və kolleksiyaçılar tərəfindən yüksək dəyərləndirilir. Bir şüşəsinin qiyməti 150 000 dollardır.

5. “Armand de Brignac Midas”

Bir şüşəsinin dəyəri 215 000 dollara olan “Armand de Brignac” şampanı gizli reseptlə hazırlanıb. Onu bu qədər bahalı edən səbəblərdən biri də içkinin iri qızıl qabda satılmağıdır.

4. “Dalmore 62”

Bu vintaj viskinin bir şüşəsinin dəyəri 250 000 dollardır. Dünyada cəmi 12 şüşə qalıb.

3. “Diva Vodka”


Bu içkinin bir şüşəsinin qiyməti 1 000 000 dollardır.

2. “Henri IV Dudognon Heritage Cognac” konyakı

Bu konyakın şüşəsi elə görünür ki, sanki, onu orta əsr qəsrinin zirzəmisindən indicə çıxarıblar. Bu içkinin dadına baxmaq çox az adamın cibinə görədir. Onun bir şüşəsinin dəyəri 2 000 000 dollardır.

1. “Tequila Ley .925”


Bu tekila dünyanın ən bahalı içkisidir. Onun qiymətini artıran səbəblərdən biri də şüşəsinin 6000 brilyant qaşla bəzədilməsidir. Ümumilikdə isə bir şüşəsinin dəyəri 3 500 000 dollardır. Olduqca yüksək qiymətinə görə hələ heç kim onu almağa cəsarət etmir.

Share: