Gündəlik qəbul etdiyimiz qidaların orqanizmə bir çox faydalı tərəfləri mövcuddur. Onlar tərkibindəki vitamin və minerallar sayəsində sağlamlığımızda aktiv rol oynayırlar.
Araşdırmalara görə alimlər dünyanın ən faydalı qidasını seçib.
Saglamolun.az publika.az-a istinadla xəbər verir ki, tədqiqatçılar badamı dünyanın ən faydalı qidası adlandırıb.
Badamın hansı faydaları var?
– Sinir sistemi və beyinin funksiyasını yaxşılaşdırır.
– Liflərin sayəsində orqanizmi ziyanlı maddələrdən təmizləyir.
– Arıqlamaq üçün mükəmməl qidadır.
– Olduqca doyurucu qüvvəyə malikdir. Badam istehlakı sizi aşağı çəkiyə qaytaracaq.
– Bir ovuc badam 163 kaloridir. Özündə 3.4 qram polidoymamış yağ, Omeqa-3, 6 qram protein və 3.5 qram lif ehtiva edir. Bu baxımdan ürək sağlamlığı üçün əvəzedilməzdir.
– Qanda şəkəri tənzimləməyə kömək edir.
– Antioksidantlarla zəngindir. Antioksidantlar bədənimizdə LDL (pis) xolesterolun iltihabı ilə mübarizə aparmaq qabiliyyətinə malikdir.
– Maqneziumla zəngindir. Bir ovuc badam gündəlik maqnezium ehtiyacının 20% -ni qarşılayır.