Dünyanın ən sirli kitabı olaraq tanınan “Voynic” əlyazmasının şifrəsi çözülüb.
Milletinsesi.az xarici mediaya istinadla bildirir ki, 1912-ci ildə polşalı kitab taciri Vilfrid M. Voynic tərəfindən tapılan bu əlyazmanın araşdırmalar nəticəsində 15-ci əsrə aid olduğu məlum olub.
Yazı bu günə qədər Alan Turing kimi məşhur şifrə alimləri tərəfindən araşdırılsa da “Voynic” əl yazmasının məzmunu bu günə qədər tam olaraq açılmayıb.
1404-1438illər arasında yazıldığı düşünülən “Voynic” əl yazması bu səbəblə dünyanın ən sirli yazısı olaraq qəbul edilib.
Çox sayda mütəxxəssis bu əlyazmanın anlaşılmaz olduğunu desə də Briston Universitetində fəaliyyət göstərən xarici dillər üzrə alim Gerard Çeşire sadəcə 2 həftəlik bir araşdırma ilə yazıdakı ən sirli mətnləri həll etməyi bacarıb.
Günümüzdə ölü bir dil olan Proto latını şifrəni çözmək üçün istifadə edən Çeşire yazıdakı simvolları bu dildəki sözlər və hərflərlə birlikdə araşdırıb.
2 həftəlik araşdırmadan sonra Çeşire “Voynic” əl yazmasının məzmununu ortaya çıxarıb. Araşdıma əl yazmanın cinsi həyat, qadınların düşüncə quruluşu və valideyn olmaq kimi mövzuların olduğu ortaya çıxıb.
Buna görə “Voynic” əlyazması Katolik və Roma inanclarına uyğun olaraq yazılmış 15-ci əsrə aid bir kitabdır. 1401-1458-ci illər arasında yaşamış kraliça Marinanın bəhs edildiyi bu əlyazmada fiziki təmizlənmə, mənəvi maariflənmə kimi mövzulara da yer verilib.
Kitabda yer alan xəritəyə bənzər rəsmdə Tiren dənizində baş verən yanardağ partlayışı səbəbilə Araqon kraliçasının başçılığı ilə həyata keçirilən xilasetmə çalışmaları təsvir edilir. Proto latın dili günümüzdə ispan, italyan, rumin dili kimi dillərin anası olaraq tanınır.
“Voynik” əlyazmasında yer alan bəzi simvollar coğrafi olaraq fərqli təsvir olunduğu üçün çox sayda mütəxəssis mətnləri çözməkdə çətinlik çəkib.