Dünyanın ən xoşbəxt ölkəsi yenə Finlandiyadır

Dünyanın ən xoşbəxt ölkəsi yenə Finlandiyadır

Finlandiya dalbadal altıncı dəfə dünyanın ən xoşbəxt ölkəsi kimi tanınıb. Xoşbəxt ölkələrin ilk üçlüyü ötən il olduğu kimi şimal ölkələridir: Danimarka ikinci, İslandiya isə üçüncü sıradadır.

 

Dünya Xoşbəxtlik Hesabatına əsasən Litva ilk 20-likdə olan yeganə ölkədir ki, 2017-ci ildən bəri 30 pillə irəliləyib. Müharibədən əziyyət çəkən Əfqanıstan və Livan tədqiqatda ən bədbəxt iki ölkə olaraq qalır. Orta həyat göstəriciləri xoşbəıxtlik cədvəlində ilk 10-luqda olan ölkələrdən 5 pillə aşağıdır”, hesabatda qeyd edilir.

 

Hazırda müharibə şəraitində olan Rusiya 70-ci, Ukrayna isə 92-ci sıradadır.

 

Qeyd edək ki, Dünya Xoşbəxtlik Hesabatının araşdırmasında 6 amil əsas götürülür: sosial dəstək, gəlir, sağlamlıq, azadlıq, səxavət və korrupsiyanın olmaması. Hesabat müəllifləri, hökumətlər bu təhlildən getdikcə xoşbəxtliyə doğru siyasətləri istiqamətləndirmək üçün istifadə edirlər. Hesabatın dərci martın 20-də qeyd olunan Beynəlxalq Xoşbəxtlik Gününə təsadüf edir.

 

Mənbə

Share: