Dünyanın ən yaşlı sakininin 117 yaşı tamam oldu

Dünyanın ən yaşlı sakini yaponiyalı Kane Tanakanın 117 yaşı tamam olub.

Milletinsesi.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bununlar əlaqədar K.Tanakanın yaşadığı qocalar evində şənlik keçirilib.

Yaponiyalı K.Tanaka ad günü üçün hazırlanan tortu şərh edərkən bildirib: “Çox ləzzətlidir. Yenə istəyirəm”.

Qeyd edək ki, K.Tanaka Ginnesin Rekordlar Kitabına 2019-cu ilin mart ayının 9-u daxil edilib. O zaman onun 116 yaşı olub.

K.Tanaka 1903-cü ildə Fukuoka prefekturasında dünyaya gəlib.

Share: