Dünyada koronavirusa yoluxanların sayı 617 879 815 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Amerikanın Cons Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, indiyədək 6 milyon 546 min 448 nəfər virusdan dünyasını dəyişib.
30 milyondan çox yoluxma olan ölkələr sırasında ABŞ, Hindistan, Braziliya, Fransa və Almaniya ilk yerləri tutur.
Xəstəliyə yoluxanların və infeksiyanın nəticələrindən ölənlərin sayı:
– ABŞ – 96,3 milyon və 1,6 milyon;
– Hindistan – 44,6 milyon və 528,6 min;
– Fransa – 35,6 milyon və 156,1 min;
– Braziliya – 34,6 milyon və 686,3 min;
– Almaniya – 33,3 milyon və 150,6 min.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.