“Dünyanın daha nüfuzlu media orqanları ilə əməkdaşlığımızı genişləndirməliyik”

“Dünyanın daha nüfuzlu media orqanları ilə əməkdaşlığımızı genişləndirməliyik”

Elçin Şıxlı: “Bu, Azərbaycan həqiqətlərinin təbliği baxımından əhəmiyyətlidir”

 

“Dünyanın daha nüfuzlu media orqanları ilə əməkdaşlığımızı genişləndirməliyik”.

 

Bunu Moderator.az-a açıqlamasında media eksperti Elçin Şıxlı bildirib. Ekspert qeyd edib ki, erməni faşizminin törətdiyi vəhşiliklərin ifşa edilməsi, bu cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün dünyanın tanınmış, böyük auditoriyaya malik media orqanları ilə daha geniş əməkdaşlığa ehtiyac var:

 

“Azərbaycan həqiqətlərinin və erməni vəhşiliklərinin dünyaya çatdırılması, bu vəhşiliklərin ifşa edilməsi üçün bizim dünyanın daha nüfuzlu və məşhur media orqanları ilə əməkdaşlığımızı genişləndirməyə ehtiyacımız var. Bu, dünyada daha çox insanın erməni faşizminin qorxunc cinayətləri haqqında məlumatlanmasına fayda verə bilər. Dünyada daha çox insan ermənilərin insanlığa qarşı necə böyük vəhşiliklər törətdiyindən xəbərdar olar.

 

Hesab edirəm ki, biz yaxın gələcəkdə bu məsələyə daha çox diqqət yetirməliyik”.

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: