Duqlas Kostanın yeni klubu məlum oldu

Duqlas Kostanın yeni klubu məlum oldu

 

“Bavariya” və “Yuventus”un sabiq futbolçusu Duqlas Kostanın yeni klubu müəyyənləşib.

Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, o, İtaliyanın “Kyevo Verona”sına keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

 

35 yaşlı yarımmüdafiəçi ilə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Xatırladaq ki, braziliyalı futbolçu şəxsi problemləri səbəbindən 2025-ci ilin sentyabr ayında Avstraliya “Sidney”indən ayrılmışdı və həmin vaxtdan klubsuz idi. Karyerası ərzində Kosta “Yuventus”, “Bavariya”, “Los-Anceles Qelaksi”, “Fluminense” və “Qremio”da da oynayıb.

Share: