Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır – RƏSMİ

“Ermənistan tərəfdən işğal altında olan ərazilərdə yerləşən muzeylərə aid olan əlyazmalar və digər nümunələr dağıdılıb, yandırılıb. Hətta qarət edilərək bazarda da satılıb”.

Bunu Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı bildirib.

“Biz bəzilərini tapa bilmişik. İmkan olan kimi mədəni irsə aid olan nümunələrin qaytarılması üçün hüquqi məsuliyyət məsələsini qaldıracağıq.

Bəzi hərraclarda işğal altında olan torpaqlara aid olmayan, amma Azərbaycana məxsus olan mədəni irs nümunələri var.

Biz onları vətənimizə qaytarmağa çalışacağıq. Muzeylər açılandan sonra onlar ictimaiyyətə təqdim olunacaq”, – deyə A.Kərimov qeyd edib./oxu.az

Share: