
“11 yaşlı qızım bəzən məni kədərləndirir və mən onunla mübahisə edirəm, yeni doğulan körpəmlə qayğılarım daha çox olacaq…”
79 yaşlı Robert De Niro 7-ci dəfə ata olub. Aktyor körpənin anasının adını açıqlamır.
Məşhur aktyor Robert De Niro 79 yaşında 7-ci dəfə ata olub.
Moderator.az xəbər verir ki, o, bu barədə “ET Canada” nəşrinə müsahibəsində özünün “Atam haqqında” sonuncu filminin müzakirəsi zaman məlumat verib. Məlumatı “news.ru” nəşri yayıb.
Jurnalist deyib ki, aktyorun 6 övladı olmağından xəbərdardır. De Niro ona düzəliş edib:
“Əslində, artıq 7-dir. Mənim indicə övladım dünyaya gəlib”, – aktyor bəyan edib.
Aktyor körpə və ya anası barədə əlavə məlumat verməyib. Bəlli olan odur ki, o, ikinci həyat yoldaşı Qreys Haytauer ilə hələ 2018-ci ildə ayrılıb.
Aktyor bununla tanınmış yaşlı ataların, o cümlədən 60-70 yaşlarında dünyaya yenicə gəlmiş övladları ilə heyrətləndirən Mik Caqqer, Stiv Martin və Alek Bolduinin sırasına qoşulub.
Beləliklə, “Xaç atası” filmində Vito Korleone rolunu ifa edən Robert De Nilo 7 övlad atasıdır.
Onun artıq 51 yaşı olan birinci həyat yoldaşı Dayyen Ebbotdan qızı Drena və oğlu Rafael var.
İkinci həyat yoldaşı Qreys Haytauerdən De Nironun Elliot adlı oğlu və Helen adlı qızı var, keçmiş sevgilisi Tuki Smit əkiz oğulları Culian və Aaronun anası olub.
De Niro övladlarının tərbiyəsindən danışıb. “Bilirsiniz, mən özümü çox gözəl ata hesab etmirəm. Mənim övladlarım bəzən mənimlə razılaşmır. Buna hörmətlə yanaşıram.
11 yaşlı qızım bəzən məni kədərləndirir və mən onunla mübahisə edirəm. Mən onu çox istəyirəm. Bu yeni doğulan körpə ilə isə qayğılarım daha çox olacaq”.
Rober De Nironun ailəsində artım barədə xəbər çoxsaylı pərəstişkarlarını heyrətə gətirsə də, aktyorun özü
7-ci körpənin doğulmasına normal yanaşır.
Müxbir De Nirodan 79 yaşında ata olmasının ona qəribə gəlib-gəlmədiyi barədə sualına aktyor qəti şəkildə “yox” cavabını verib, – nəşr yazır.
“De Niro bizə deyib ki, hamiləlik “planlaşdırılıb”. O, əlavə edib ki, belə şeyi necə planlaşdırmamaq olar?”- nəşr yazır.
Aktyor və onun rəsmi nümayəndələri yeni doğulmuş körpənin anası barədə məlumatı açıqlamır.
Lakin “Page Six” portalının verdiyi məlumata görə, bir ay əvvəl tanınmış ulduzun gənc rəfiqəsi Tifani Çen hamilə vəziyyətində şəkil çəkdirib.
Cütlük 2015-ci ildə “Stajçı” serialının çəkilişində tanış olub, növbəti ildə onların İspaniyaya birgə səfər etdiyi diqqəti cəlb edib”, – nəşr yazıb.
Məlumata görə, qadın döyüş sənəti üzrə təlimatçıdır.