“Düşünürəm qələbəyə layiq idik”

“Düşünürəm qələbəyə layiq idik”

Çox yaxşı oynadıq. Mövsümün ilk rəsmi matçı olsa da, inamlı təsir bağışladıq. Qalib gəldiyimiz üçün hər kəs sevinclidir”.

QOL.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Patrik Andrade UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Aris” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edərkən deyib.

 

32 yaşlı futbolçu Yunanıstan təmsilçisi ilə görüşün ağır keçdiyini bildirib: “Bilirdik ki, rəqib çox güclüdür. “Aris”in yaxşı heyəti var. Lakin biz də zəif deyilik. Bunu meydanda sübuta yetirdik. Hesabda geri düşsək də, sona qədər mübarizə apardıq. Düşünürəm ki, qələbəyə layiq idik”.

O, ikinci görüşün çox çətin keçəcəyini vurğulayıb: “Qarşıda cavab oyunu var. Salonikidəki matç daha çətin keçəcək. “Aris” öz meydanında cütün taleyini xeyrinə həll etmək üçün çalışacaq. Qarşıda bir neçə günümüz var. Görüşə çox yaxşı hazırlaşmalıyıq”.

Andrade şansları belə dəyərləndirib: “İlk oyunda qalib gəlsək də, cəmi 1 top üstünlüyümüz var. Dediyim kimi, ikinci görüş daha çətin alınacaq. Ona görə də şanslar bərabərdir”.

Patrik “Araz-Naxçıvan”dakı debütunun uğurlu alınması fikrinə belə münasibət bildirib: “Təbii ki, qələbə qazandığımız üçün şadam. Yaxşı oyun alındı. Qolum baxımlı alındı. İlk matçda qələbə topunun müəllifi olmaq sevindiricidir. Qarşıdakı görüşlərdə də “Araz-Naxçıvan”a faydalı olmaq üçün əlimdən gələni edəcəyəm”.

 

Share: