Edillidəki məzarlıqla bağlı məlumatlar Avropa Məhkəməsinə GÖNDƏRİLİB

Xocavənd rayonunun Edilli kəndində insan sümüklərinin aşkarlanması və bunun Ermənistan tərəfindən azərbaycanlılara qarşı kütləvi qətliam olması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə məlumat verilib.

Millətin Səsi.az-ın məlumatına görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib.

O bildirib ki, bununla bağlı digər lazımi təşkilatlar da məlumatlandırılıb, lakin hələlik hansısa nəticə gözləmək tezdir.

Mənbə

Share: