“Əhməd bu cinayəti tək törətməyib”

Son vaxtlar ölkədə cinayətlərin, qətllərin sayı çoxalmaqdadır. Ailəsinin 5 üzvünü faciəvi şəkildə öldürməkdə şübhəli bilinən Əhməd Əhmədova hansı cəza veriləcəyi ilə bağlı müzakirələr səngimək bilmir. Onun cinayəti anlaqsız vəziyyətdə etdiyi sübuta yetirilərsə, doqquz aylıq məcburi müalicədən sonra sərbəst buraxıla biləcəyi ilə bağlı fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb.

 

Bundan başqa, 156 saylı orta məktəbdə yaşıdları tərəfindən məsxərəyə qoyularaq alçaldılan qızla bağlı məsələ ölkə gündəmində ajiotaj yaradıb.

 

Həmçinin, yaxın günlərdə narkoman taksi sürücülərinin həbs olunması da əhalinin narahatlığına səbəb olub. Xüsusilə də, ailəsini qətlə yetirən Əhmədin taksi sürücüsü kimi fəaliyyət göstərməsi faktı təşviş yaradıb.

 

Məsələnin aktuallığını nəzərə alaraq, “TV Müsavat”ın əməkdaşı həkim-psixoterapevt, Bakı Dövlət Universitetinin və Bakı 1 sayli Tibb Kolleci “Daxili xəstəlikler” kafedrasının müəllimi Sevinc Edison qızı ilə həmsöhbət olub. O, insanları narahat edən bir sıra sualları cavablandırıb.

 

Musavat.com həmin videomaterialı təqdim edir:

Mənbə

Share: