Əhval-ruhiyyəni yaxşılaşdıran QİDALAR

Əhval-ruhiyyəni yaxşılaşdıran QİDALAR

Düzgün seçilmiş məhsullar bədənə antidepresanlar və enerji içkilərindən daha yaxşı təsir göstərə bilər.

 

Moderator.az Lent.az-a istinadən xəbər verir ki, qidalanma mütəxəssisləri və həkimlər əhvalınızı yüksəltməyə kömək edən qidaları açıqlayıblar. Xüsusilə stresli dövrlərdə və pis əhval-ruhiyyədə bu qidaları pəhrizə daha tez-tez daxil etmək məsləhətdir.

 

Əhval-ruhiyyəyə müsbət təsir göstərən qidaların siyahısına aşağıdakılar daxildir:

 

Yumurta

 

Yumurta və tostdan ibarət sadə səhər yeməyi əhvalınızı xeyli yaxşılaşdıra bilər. Yumurtanın tərkibində olan iki qida maddəsi – xolin və dəmir əhval-ruhiyyəni yüksəldir.

 

Zəfəran 

 

Araşdırmalar göstərir ki, gündə 30 mq zəfəranın balıq yağı əlavəsi ilə birlikdə qəbulu depressiya hisslərini azaltmağa kömək edə bilər.

 

Yağlı balıq 

 

Yağlı balıqlar ürək, beyin və gözlər üçün vacib olan omeqa-3 yağ turşularının zəngin mənbəyidir. Bundan əlavə, balıq yemək və depressiyanı azaltmaq arasında əlaqə var.

 

Qoz-fındıq

 

Qoz-fındıq E vitamini və sink kimi beyin sağlamlığı üçün vacib qida maddələrinin zəngin mənbəyidir.

 

Şokolad

 

Şokoladın dadı təkcə ləzzətli deyil, həm də beyin fəaliyyəti üçün vacib olan flavonoidləri ehtiva edir.

 

Giləmeyvə

 

Giləmeyvələrdə beyin sağlamlığını dəstəkləyən polifenollar var. 

Mənbə

Share: