Əkiz qardaşlardan yüksək nəticə: 1 bal fərqlə…

Sumqayıtda əkiz qardaşlar ali təhsil müəssisələrinə qəbul imtahanından təqribən eyni balı toplayaraq yüksək nəticə göstəriblər.

Milletinsesi.az xəbər verir ki, Tahir və Toğruz Qənizadə qardaşlarının imtahan nəticələri arasında 1 bal fərq olub. Belə ki, Tahir Qənizadə 657.1, Toğrul Qənizadə isə 656.1 bal toplayıb.

Əkiz qardaşlar Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın fərqlənmə attestatlı məzunlarıdır.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial şəbəkə hesabında qardaşlarla bağlı paylaşım edərək onların BANM-in Kompüter elmləri ixtisasını seçdiklərini bildirib.

Share: