Ekvadorda polis koronavirusdan ölənlərin cəsədlərini evlərinin qarşısına qoymağa başlayıb.
“HaberGlobal” məlumat verir ki, ölkədə səhiyyə sisteminin çökməsi və yetərli infrastrukturun olmaması səbəbindən cəsədlər küçələrdə qalır.
Ekvadorun qərbində yerləşən Quayakil şəhərində qəbiristanlıqda yer tapılmadığı üçün polislər meyitləri evlərinqarşısına qoyurlar.
Qeyd edək ki,rəsmi məlumatlarda Ekvadorda koronavirusa yoluxanların sayının 3368, ölənlərin isə 145 nəfər təşkil etdiyi bildirilib.