Ekvador Prezidenti Gilyermo Lasso ölkədəki bütün həbsxanalarda 60 gün müddətinə fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb.
Bu barədə prezident administrasiyasının mətbuat xidməti tviter səhifəsində məlumat yayıb.
“Ölkə Prezidenti Gilyermo Lasso ciddi daxili iğtişaşlar səbəbindən bütün həbsxanalarda fövqəladə vəziyyət elan edib”, – məlumatda deyilir. Fərman asayişi təmin etmək üçün əlavə qüvvələrin, o cümlədən hərbçilərin cəlb edilməsinə icazə verir.
Xatırladaq ki, iyulun 23-də Ekvadorda bir neçə həbsxanada iğtişaşlar baş verib. Quayakil şəhərindəki penitensiar mərkəzdə toqquşmalar nəticəsində 6 nəfər ölüb. Başqa beş həbsxanada isə məhbuslar 90-a yaxın mühafizəçini girov götürüblər.