“Elə ölkə yoxdur ki, işsizlik problemi olmasın” – Sahil Babayev 

“Dünyanın elə bir ölkəsi yoxdur ki, işsizlik problemi olmasın”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

 

“Bəli, işsizlik məsələsini görürük, onun həlli üçün işlər görürük. Bu gün məşğulluq proqramları var. Burada əsas diqqət yetirilir ixtisaslı kadrlara, bu gün bu, əsas problemdir. İxtisaslı kadrlarımız nə qədərdir? Kiməsə deyə bilmərik ki, ixtisasız şəxsi işə qəbul edin. Biz ona daha da yaxşılıqdan çox, batırmış olacağıq. Ona görə bu sahədə işlər görməliyik”.

 

Mənbə

Share: