“Elə təsirli tədbirlər görülmlidir ki, artan əmək haqqı, pensiya inflyasiya yeminə çevrilməsin”

“Əhalinin 2023-cü il büdcəsindən əsas gözləntilərinin qarşılanması istiqamətində əlavə tədbirlər görülməliidr.”

Moderator.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

Əli Məsimli bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sadəcə qalib dövlət kimi yox,həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxıb və öz inkişafının yeni mərhələsinə keçib.Ona görə də postmüharibə mərhələsində də Azərbaycan hərbi sahədə olduğu kimi, bütün istiqamətlərdə-iqtisadiyyatda, təhsildə, elmdə, səhiyyədə və digər sahələrdə də rəqabət qabiliyyətli olmalıdır.Bu kontekstdə büdcə xərclərinin strukturu yeni mərhələnin məntiq və cağırışlarına uyğun surətdə tədricən dəyişdirilərək optimallaşdırılmalı,cari məsələrlə yanaşı,gələcəyə sərmayə qoyuluşunu da atırmaq lazımdır. Bu zaman insan kapitalının rəqabət qabiliyyətinin artırılması prioritet təşkil etməlidir.

2023-cü ilin dövlət büdcəsində təhsil xərcələri 537  milyon manat və ya 14 faizə yaxın artırılaraq  4,4 milyard manata çatdırılır.Bu ÜDM-in 4,2 faizi, büdcə xərclərinin isə 13 faizi səviyyəsindədir.Son illər Elm  və  Təhsil Nazirliyinə ayrılan vəsaitin 80 faizinə qədəri  əməyin ödənilməsi xərclərinə sərf olunur.Bununla belə təhsil işçilərinin çoxunun maaşı orta əmək haqqından aşağıdır. Həm də belə şəraitdə təhsilin maddi-texniki bazasını müasir tələblər səviyyəsinə çatdırnaq olmaz.İslahatlar sahəsində görülən hər bir işi dəyərləndirir, eyni zamanda həm də hesab edirik ki, təhsilin keyfiyyətinin yüksldilməsi, maddı-texniki bazasının möhkəmləndirilməsi və  təhsil sahəsində çalışanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi daha geniş, daha ciddi islahatlara ehtiyac var.Təklif edirik ki, 2013-cü il 24 oktyabr tarixli xüsusi prezident sərəncamı ilə  təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası 2023-2030-çu illər üzrə yenidən işlənilsin və sistemli şəkildə həyata keçirilsin.Ortamüddətli proqnozlaşdırmada təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılsın və təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin hazırkı 4 faizdən mərhələlərlə 6 faizə çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması və müxtəlif mənbəli maliyyələşdirmə mexanizmləri yaradılsın.Bu  zaman həm təhsilin maddi-texniki bazasını müasir tələblər səviyysinə qaldırmaq,həm də təhsil işçilərinin əmək haqqlarını orta əmək haqqı səviyysinə və sona isə ondan yüksəyə qaldırmaq olar.

Əli Məsimli elmə münasibətin dəyişdirilməsinin zəruriliyi məsələsinə toxunarkən bildirib ki, elmin maliyyələşməsi, elmin inkişafı və ölkənin inkişaf səviyyəsi arasında bir qarşılıqlı asılılıq əlaqəsi var. İnkişaf etmiş ölkələrdə elmi tədqiqatlara düşən vəsait adambaşına 700 dollardan çox təşkil edir. Bu rəqəm Amerika Birləşmiş Ştatları, Yaponiya, İsraildə 1100, Rusiyada 86, Azərbaycanda 20 dollar təşkil edir. Adambaşına 20 dolların altında bir maliyyə  təminatı ilə alimdən yüksək nəticələr gözləmək illuzuyadan başqa bir şey deyil.Əgər elmə ayrılan vəsait ümumi daxili məhsulun 2 faizindən aşağıdırsa, bu, həmin ölkənin iqtisadi təhlükəsizliyinə böyük bir təhdiddir. Azərbaycanda elmə ayrılan vəsaitin 90 faizə qədəri büdcə vəsaitidir. Bizdə elmə ayrılan vəsait ümumi daxili məhsulun 0,2 faizidir, yəni təhlükəli həddən 10 dəfə aşağıdır. Bu iki göstərici əyani şəkildə göstərir ki, elm sahəsində məqsədyönlü islahatlar aparılmalı və xüsusən onun pespektivli sahələr və məsələlər  üzrə maliyyə təminatı gücləndirilməlidir. İsahatlar şəraitində müxtəlif mənbəli işlək maliyyələşdirmə mexanizmləri yaradılmalı və  elmə ayrılan vəsaitin mərhələrlə ümumi daxili məhsulun 0,2 faizindən 1 faizinə, sonra 1.5 faizinə daha sonra isə 2 faizinə qaldırılması istiqamətində təsirli tədbirlər görülməlidir.

Sonra Əli Məsimli  regionlara diqqətin artırılmasının vacibliyindən də danışıb və bildirib ki, büdcənin məqsədli proqramlarla,xüsusən də Regional İnkişaf Proqramı ilə əlaqəsi gücləndirilməsi və sosial-iqtisadi  nəticəliliyinin artırılaması istiqamətində təsirli tədbirlər görülməsini zəruri hesab edirik. Bu yöndə kəndlərin qazlaşdırılmasının  genşləndirilməsini, kəndlərarsı və kənddaxili yolların yenidən qurulmasını vacib hesab edirik. Ətraf rayonlar Şəkidən xeyli kicik olmasina baxmayaraq onlara yolların  asfaltlaşdırılması  üçün Şəkidən daha cox  Şəkiyə isə cəmi 797 min manat  vəsait  ayrilir.Şəki yollarının asfaltlaşdırılması üçün əlavə vəsaitin ayrılması həm Şəki şəhərinin, həm də Şəkinin pis vəziyyətdə olan kəndlərarası və kənddaxili yolların da asfaltlaşmasını həyata keçirmək olar.Maliyyə nazirindən xahiş edirik ki, Şəki kimi yüksək potensialı və geniş turizm imkanları ilə məşhur olan bir şəhərin yol infrastukturunun sahmana salınmasına, asfaltlaşma işlərinə əlavə maliyyə vəsaiti ayrılması məsələsinin həlinə kömək etsin.

Əli Məsimli çıxışında əhalinin 2023-cü il büdcəsindən əsas gözləntilərinin qarşılanması istiqamətində əlavə tədbirlərin həyat keçirilməsinin vacibliyinə də toxunub və bildirib ki, gələn ilin büdcəsində sosial yönümlü xərclər 15,2 milyard manatdan çox proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manata yaxın və ya 9 faiz çoxdur.Əməyin ödənişi xərclərinə əlavə olaraq 420 milyon manat və ya 5 faiz əlavə vəsaitin ayrlması,eləcə də sosial ödənişlərə əlavə olaraq 231 milyon manat və ya 6 faiz çox vəsait ayrılması əhalinin qiymət artımı nəticəsində itkilərini örtmək üçün yetərli olmayacaq. Ona görə də həm əmək haqqı,pensiya və digər ödənişlərin artılması istiqamətində daha təsirli tədbirləin görülməsinə ehtiyac var.

Əli Məsimli xüsusi vurğulayıb ki,əmək haqqı,pensiya və digər ödənişlərin artacağı xəbəri yayılan kimi qiymətlər daha sürətlə artmağa başlayır.Ona görə də 2023-cü ilin büdcəsində nəzərdə tutulan sosial xərclər əhalinin güzaranının yaxşılaşmasına xidmət etməsini təmin etməkdən ötrü qiymət artımına və manupulyasiyalarına qarşı antiinflayasiya, antiinhisar xarakterli  və digər təsirli tədbirlər görülmlidir ki,artan əmək haqqı,pensiya  inflyasiyanın yeminə çevrilməsin.

 

Share: