Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər hərbi andı qəbul ediblər

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

 

Müdafiə Nazirliyindən Moderator.az-a verilən məlumata görə, mərasimdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.

 

Azərbaycan Ordusu sıralarına daxil olan gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

 

Tədbirdə çıxış edənlər gəncləri hərbi andı qəbuletmələri münasibətilə təbrik edib, cəsur, intizamlı olmağı və Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.

 

Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Məhəmməd Həsənov çıxışında bildirib ki, hərbi andı qəbul edən gənc əsgərlərə ixtisaslarına uyğun dərs və məşğələlər keçiriləcək, savadlı və peşəkar komandirlər onların yüksək döyüş hazırlıqlı Vətən müdafiəçiləri kimi formalaşması üçün bütün bilik və təcrübələrini səfərbər edəcəklər.

 

Hərbi marşın sədaları altında şəxsi heyətin tribuna önündən təntənəli keçidilə andiçmə mərasimi başa çatıb.

Mənbə

Share: