Unai Emeri “Everton”a baş məşqçilik etməkdən imtina edib.
Qol.az xəbər verir ki, 48 yaşlı mütəxəssis hələ Premyer Liqaya qayıtmaq üçün tez olduğunu düşünür. Bundan başqa, o, iddialı klublarda işləmək istəyir. İspaniyalı çalışdırıcının Çin klublarından gələn təklifləri də rədd etdiyi bildirilib.
Qeyd edək ki, U.Emeri bir müddət əvvəl ötən ildən baş məşqçilik etdiyi “Arsenal”dan istefaya göndərilib.