Səudiyyə Ərəbistanı Liqasında çempionluq uğrunda mübarizə aparan “Ən-Nəsr”də Anderson Taliska zədələnib.
Ulduz futbolçu azı iki ay yaşıl meydanlardan uzaq qalacaq.
Braziliyalı futbolçunun mövsümü başa vurduğu bildirilib.
“Bu gün mən bud əzələsi zədəsini sağaltmaq üçün müalicəyə başlayıram. Azarkeşlərin və klubun dəstəyinə görə çox minnətdaram. Zədə idmanın bir hissəsidir, amma mənim qətiyyətim daha böyükdür. Reabilitasiya başlayır və mən “Ən-Nəsr”in növbəti mövsümdəki uğuruna daha çox töhfə vermək istəyirəm. Daha güclü qayıdacağam. Hamınızın bu yolda məni ruhlandıracağınıza ümid edirəm!”, – futbolçu bildirib.
Mənbə: NTV