Məşhur türkiyəli aktrisa Ayşegül Atik vəfat edib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Bodrumda yaşayan sənətçi ötən gün infarkt keçirib.
Həmkarı Ali Atiklə ailə olan və iki övlad dünyaya gətirən aktrisanın ölüm xəbərini yaxın dostu sosial şəbəkədə yazıb. O bildirib ki, Ayşegül uzun müddətdir xəstə idi və müalicə alırdı.
Qeyd edək ki, Ayşegül tamaşaçılara “Şen yuva”, “En son babalar duyar” kimi seriallardan tanışdır.