Ən yüksək balı Gülçin topladı

Ən yüksək balı Gülçin topladı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 11 may 2025-ci il tarixində keçirilən buraxılış imtahanlarından ən yüksək nəticəni Sumqayıt məktəblisi göstərib.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahanda ən yüksək nəticəni Sumqayıt şəhər 22 saylı tam orta məktəbin şagirdi Səfərli Gülçin Yalçın qızı göstərib.

O, 300 mümkün baldan 294,1 bal toplayaraq ölkə birincisi olub.

Modern.az AzEdu.az-a istinadən onun fotosunu təqdim edir:

Mənbə

Share: