Bu gün energetika naziri Pərviz Şahbazov Bərdədə vətəndaşları qəbul edib.
Moderator.az nazirliyə istinadən xəbər verir ki, qəbulda qurumun struktur bölmə rəhbərlərinin iştirakı ilə Bərdə və Tərtər rayonlarından 15 vətəndaşın müraciətlərinə baxılıb.
Vətəndaşların elektrik enerjisi və təbii qazla təchizat, texniki şərtin verilməsi, elektrik enerjisindən istifadəyə görə yaranmış borclar və cərimələr, elektrik qurğu və avadanlıqlarının mühafizə zonası, sayğacların quraşdırılması və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.