Ərdoğan Paşinyanla görüşəcək

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfəri çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski, Ermənistan Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkianla danışıqlar aparacaq.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri məlumat yayıb.Məlumata görə, Ərdoğanın Almaniya kansleri Olaf Şolts və Serbiya Prezidenti Aleksandr Vuçiçlə də görüşü gözlənilir.

Share: