“Ərdoğan Rusiyada üsyan qaldıracaq” – rusiyalı müxalifətçi

“Ərdoğan Rusiyada üsyan qaldıracaq” – rusiyalı müxalifətçi

 

“Bir çox ciddi şəxsiyyət- Ərdoğan və onun Böyük Turan ideyası var, bu ideya bizə də sərfəlidir…”

 

“Türk xalqlarının sayı 200 milyondan çoxdur, bu, böyük xalqdır…”

 

“Mətbuat katibi Dmitri Peskov “rəsmən” türk casusudur…”

 

“Ərdoğan Rusiyada üsyan qaldırmağa qadirdir, indi hamını Ukraynanın cəbhədə uğurlu əkshücumu “xilas edə bilər…”

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın müvəqqəti işğal edilmiş Krımı azad etdikdən sonra Rusiyada miqrantların üsyanını qaldıra bilər.

 

Moderator.az xəbər verir ki, bu fikri rusiyalı müxalifətçi Vyaçeslav Maltsev ifadə edib. Məlumatı “unian.net” nəşri yayıb.

 

“Bir çox ciddi şəxsiyyət-Ərdoğan və onun Qazaxıstan, Qırğızıstan da daxil olmaqla türk xalqlarının daxil olduğu Böyük Turan ideyası var. 

 

Bu ideya bizə də sərfəlidir, çünki Rusiya ərazisinə-Başqırdıstana, Tatarstana, Yakutiyaya və başqa türk respublikalarına aiddir. 

 

Anlamaq lazımdır ki, türk xalqlarının sayı 200 miyondan çoxdur. Bu, böyük xalqdır”, – o, bəyan edib.

 

Müxalifətçinin fikrincə, indi Ukraynanın hücumu “hamını xilas edə bilər”.

 

“Ərdoğan Rusiyada üsyan qaldırmağa qadirdir, indi hamını Ukraynanın cəbhədə uğurlu əkshücumu “xilas edə bilər”, – müxalifətçi deyib.

 

“Rusiya Krımı itirdikdən sonra Ukrayna öz ərazilərini geri qaytarsaydı, düşünürəm ki, Ərdoğan Rusiyada sayı artıq on milyonlarla ölçülən miqrantların üsyan etməsi üçün komanda verərdi. Onların sayı ağlasığmaz dərəcədədır.

 

Putinin təkcə Moskvada olan miqrantların sayı qədər ordusu yoxdur. Moskvada, Piterdə və digər şəhərlərdə belə üsyanlar təbii olaraq Tatarstanın, Başqırdıstanın ayrılmasına gətirib çıxarardı…

 

Orada yerli sakinlər ayağa qalxıb deyəcək: “Biz Ukrayna ilə döyüşmək istəmirik, bu, bizim savaş deyil, gəlin, ayrılaq, bizə suverenlik lazımdır”.

 

Onlar çoxdandır ki, Türkiyənin xüsusi xidmət orqanları ilə uğurla işləyir, Putin bunu çox gözəl bilir və buna heç cür müqavimət göstərmir”.

 

Maltsev bəyan edib ki, mətbuat katibi Dmutri Peskov “rəsmən” türk casusudur.

 

“Əgər kimsə düşünürsə ki,   Putinin əllərində idarəetmə rıçaqları var, o, yanılır. Putinin əlində müəyyən iplər var, onları xaotik olaraq dartaraq nəyəsə nail ola bilər”, – ekspert əlavə edib.

 

Ukraynada müharibə nə zaman bitəcək – Ərdoğanın bəyanatı

 

Xatırladaq ki, bu günlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, yalnız Ukrayna və Rusiya hakimiyyətləri müharibənin nə zaman bitəcəyini həll edəcək, işğal edilmiş Krımı indi geri qaytarmaq mümkün deyil.

 

O, qeyd edib ki, müharibənin başa çatması müddətini deyə bilməz, yaxud onun nə qədər davam edəcəyini proqnozlaşdıra bilməz. 

 

Türkiyə lideri hesab edir ki, bunu yalnız iki ölkə liderləri deyə bilər, onun fikrincə, mümkündür ki, müharibə hələ “uzun müddət” davam edəcək.

Mənbə

Share: