Ərdoğan: “Türkiyəni hədəflərinə çatdırmaq əzmindəyik”

Ərdoğan: “Türkiyəni hədəflərinə çatdırmaq əzmindəyik”

“Müxtəlif çətinliklərlə üzləşsək də, Türkiyəni hədəflərinə çatdırmaq əzmindəyik. Bizi qorxutmaq istəyənlərə fikir vermirik”.

 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan AKP-nin IV növbədənənar qurultaya qatılmaq üçün getdiyi Ankara idman sarayının qarşısında vətəndaşlara müraciətində deyib.

 

“Terror təşkilatlarından istifadə edərək bizi küncə sıxışdırmağa çalışanların qarşısında baş əymirik. Biz nəyin bahasına olursa-olsun, Türkiyənin maraqları və təhlükəsizliyi üçün tələb olunanları etməkdən heç vaxt çəkinmirik”, – deyə Ərdoğan vurğulayıb.

 

Mənbə

Share: