![](https://milletinsesi.az/wp-content/uploads/2019/10/nato-telim.jpg)
Ermənistan hərbçiləri NATO-nun Gürcüstanda keçiriləcək “Agile Spirit 2021” (“Çevik ruh 2021”) adlı təlimlərində iştirak etməyəcək.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən “Sputnik Armeniya”ya bildiriblər.
Məlumata görə, sayca 10-cu çoxmillətli təlim iyulun 26-dan avqustun 6-dək keçiriləcək. Tədbirdə ABŞ, Gürcüstan, Türkiyə, Azərbaycanla yanaşı NATO-ya üzv 13 ölkə də iştirak edəcək.
Qeyd edək ki, Ermənistan hərbçiləri ötən illərdə belə təlimlərdə dəfələrlə iştirak edib