Erməni deputat vəzifəsindən istefa verdi

Erməni deputat vəzifəsindən istefa verdi

Ermənistanda müxalif “Hayastan” fraksiyasını parlamentdə təmsil edən deputat Qeqam Nazaryan vəzifəsindən istefa verib.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, deputat parlamentdəki müdafiə komissiyasından çıxdığını açıqlayıb.

 

O, addımını hakimiyyətə etiraz əlaməti olaraq atdığını söyləyib. Belə ki, deputat müharibədə ölənlərin ailə üzvləri ilə bağlı təklif etdiyi qanun layihəsinin qəbul edilməməsindən narazılığını ifadə edib. O, iqtidar fraksiyasının mövqeyini anlaşılmaz və aşağılayıcı adlandırıb.

 

Deputatın sözlərinə görə, sözügedən layihədə həlak olan hərbçilərin həyat yoldaşları və uşaqlarının sosial baxımdan təminatı və ehtiyaclarının ödənilməsi ilə bağlı müddəalar yer alıb. Nazaryan qanunvericilik təşəbbüsünün hakim partiyanı təmsil edən deputatlar tərəfindən dəstəklənməməsini tənqid edib.

Mənbə

Share: