
“Azərbaycanla Rusiya arasında münasibətlərin pisləşməsindən istifadə etməliyik”.
Millətin Səsi.az xəbər verir ki, bunu erməni ekspert Anania Maqakyan deyib.
Onun sözlərinə görə, birinci addım Ermənistanın Aİİ və KTMT-yə yanaşmalarını dəyişməsindən ibarətdir. “Bu baş verərsə, bəlkə də Ermənistanın taleyi başqa cür davam edəcək”.
Onun ikinci yanaşması budur ki, əgər Rusiyanın Azərbaycana qarşı strategiya və taktikasında kəskin dönüş yaranarsa, Ermənistan qalib gələ bilər. “Bunun ardından Azərbaycan Ermənistanı hədəfə almaq riskinə getməyə və əvvəlki kimi Ermənistana hücum imkanları axtarmaya bilər. O halda Ermənistan-Azərbaycan münasibətləri də müəyyən qədər dəyişə bilər”.