Erməni “ekspertlər” Bakını şərləyir… – Mixaylovun

Əgər ABŞ-ın İranla qarşılıqlı münasibətləri hərbi münaqişəyə qədər gedib çıxsa, o zaman amerikalıların güvənə biləcəyi yeganə ölkələr – Böyük Britaniya və Səudiyyə Ərəbistanıdır.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq, konfliktologiya sahəsində mütəxəssis Yevgeni Mixaylov Vaşinqtonun Yaxın Şərqdəki ənənəvi müttəfiqi Türkiyə ilə münasibətlərinin pozulması fonunda Pentaqonun İrana hücum üçün Azərbaycana arxalanmasına dair İrəvanda yayılan fərziyyələrə münasibət bildirərkən deyib.

“Erməni “ekspert”lərin yazdığı kimi ABŞ arxalanmalı olmayacaq. Bakı nə üçün öz ərazisini İrana zərbə endirilməsi üçün təqdim etməlidir? Bu absurd və anlamsızdır”, – Mixaylov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan İranla konfliktə girməyəcək. Üstəlik tamamilə aydındır ki, rəsmi Bakı Türkiyə və Rusiyanın da maraqlarına zidd hərəkət etməyəcək. Çünki bu cür addım sözügedən ölkələr üçün, yumşaq şəkildə desək, “dostcasına olmayan” addım kimi görünəcək. Bu fikirlər dırnaqarası ekspertlər tərəfindən bilərəkdən yayılır.

“Biz başa düşürük ki, İrana hava zərbəsi endirilməsi üçün ən münasib ərazi kimi Gürcüstan və tamamilə Qərbə tərəf çevriləcəyi halda Ermənistanı göstərmək olar. Qoy İrəvanın yeni rəhbərliyi sədaqət və strateji tərəfdaşlıq barədə sözlərini Ermənistanda baş verənləri anlamayanlara saxlasın”, – ekspert bildirib.

 

Share: