Erməni kilsəsi Qarabağdakı separatçı rejimin “müstəqilliyi”nin tanınmasına çağırdı…

Erməni kilsəsi Qarabağdakı separatçı rejimin “müstəqilliyi”nin tanınmasına çağırdı…

Erməni apostol kilsəsinin ali ruhani şurası 32-ci ildir ki, Rusiyanın himayəsi altında Azərbaycan Respublikası torpaqlarında fəaliyyət göstərən və “artsax respublikası”  adlandırılan separatçı-terrorçu rejimin “müstəqilliyi”ni tanımağa çağırıb.

 

Moderator.az xəbər verir ki, bu haqda  “artsakhsfront” teleqram-kanalı məlumat yayıb.

 

Fevralın 28-dən martın 3-dək “müqəddəs” Üçmiədzinin “ruhani” mərkəzində – erməni apostol kilsəsinin ali “ruhani” şurasının iclası keçirilib.

 

İclasa bütün ermənilərin katolikosu II Qaregin sədrlik edib.

 

“Ruhani şurasının bütün üzvlərinin qəti fikir və qənaətinə görə, yalnız onun müstəqilliyinin tanınması Artsax xalqının təhlükəsizliyinə təminat verə bilər”-xəbərdə belə deyilir.

Xatırladaq ki, son 30 ildə erməni katolikosları dəfələrlə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ilə görüşlər keçirərək sülhdən danışıblar.

 

Sonucu dədə 2021-ci il  oktyabrın 13-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və erməni katolikosu II Qaregin arasında üçtərəfli görüş keçirilib. Görüşdə dini liderlərin Cənubi Qafqazda sülhyaratma missiyası ilə bağlı məsələlər müzakirə olunub.

 

 20220-ci ilin oktyabrına yenə Moskvada planlaşdırılan görüş isə təxirə salınıb…

 

2022-ci il dekabrın 14-də idə ikinci Qaregin Laçın yolununn “bağlanması” səbəbindən beynəlxalq və kilsələrarası təşkilatlara, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadəyə müraciət göndərib.

 

Sultan Laçın

Mənbə

Share: