Ermənistanın Dilican Milli Parkının rəhbəri işdən uzaqlaşdırılıb.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, məmurla bağlı araşdırmalara başlanılıb.
Belə ki, o, 2021-ci ilin dekabrından bu ilin yanvarınadək park ərazisində 30-dan çox ağacın kəsilməsi ilə bağlı səhlənkarlıqda ittiham edilir. Bunun nəticəsində dövlətə 2 milyon dramdan çox ziyan dəydiyi hesablanıb.
Bildirilib ki, araşdırma dövründə məmur müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb. Hazırda təhqiqatların davam etdiyi qeyd olunub.