Erməni təxribatı nəticəsində ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 93 mülki şəxs həlak olub, 407 nəfər yaralanıb.
Bundan başqa, 504 mülki obyekt, 120 hündürmərtəbəli yaşayış binası və 3326 yaşayış evi yararsız hala düşüb.