Erməni yazar İrəvanın “blokada” yalanını ifşa etdi

“Blokada”dakı  separatçılar ABŞ ermənilərindən tonlarla yardım alır

 

Qarabağdakı ermənilərin Azərbaycan tərəfindən “blokada”ya alındığı, bölgədə humanitar fəlakətin yaşanması ilə bağılı Ermənistan və erməni lobbisinin başlatdığı yalan kampaniyası zaman-zaman elə ermənilərin özləri tərəfindən ifşa olunmaqdadır.

 

Moderator.az xəbər verir ki, bugünlərdə ABŞ-da yaşayan erməni yazar, hər zaman öz şovinist və anti-türk bəyanatları ilə gündəmdə olan Anna Turcotte fərqinə varmadan Ermənistanın “blokada” yalanını ifşa edib. Belə ki, qadın yazar təsisçisi olduğu yardım fonunun sosial şəbəkədəki hesabında ABŞ ermənilərini “Artsax”a yardım kampaniyasında fəal iştirak etməyə səsləyib. Anna Turcotte erməniləri əmin edib ki, Qarabağdakı ermənilərinə yardım çatdırmaq mükündür və avqustun 7-də 8 erməni ailəsi ABŞ-dan göndərilən bu yardımları alıb.

 

Hazırda ABŞ ermənilərinin Qarabağdakı separatçılara yeni yardım kampaniyasına start verdiyini bildirən erməni yazar, yığılan yardımların Qarabağda yeni doğulan körpələrin valideynlərinə veriləcəyini bəyan edib.

 

Anna Turcottenin məlum açıqlaması Qarabağdakı ermənilərin “blokada” şəraitində yaşadığı ilə bağlı deyilənlərin yalan olduğunu, bu yalanın ermənilərin özləri tərəfindəmn belə birbaşa və ya dolayısı ilə etiraf edildiyini göstərir. Bu açıqlama sübut edir ki, Qarabağ erməniləri nəinki Ermənistandan, hətta okeanın o tayından belə tonlarla yardım alır. Bu isə o deməkdir ki, ermənilərin blokada ilə bağlı dedikləri tamamilə siyasi manipulyasıya və Azərbaycana qarşı şantaj vasitəsidir.

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: