Ermənilər Şuşanı, ruslar Kiyevi atəşə tutdu

Ermənilər Şuşanı, ruslar Kiyevi atəşə tutdu

Mart ayının 9-u Azərbaycanda mötəbər Qlobal Bakı Forumu başlayıb, Gürcüstan hakimiyyəti etirazlara səbəb olan qanunu geri çəkib, Rusiya Ukraynanın bir çox şəhərlərinə ballistik və digər raketlərlə hücum edib.

 

Modern.az dünənin icmalını təqdim edir.

 

Azərbaycan paytaxtında X Qlobal Bakı Forumu öz işinə başlayıb. Prezident Forumun açılışında iştirak edib. Prezident bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına böyük hörmətlə yanaşır. Nizami Gəncəvinin doğma Gəncə şəhərində dünyaya gəldiyini, orada yazıb-yaratdığını və orada da dəfn olunduğunu bildirən dövlətimizin başçısı qeyd edib: “Onun müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür”.

 

Prezident İlham Əliyev qeyd edib ki, beş məşhur prinsip var və onlar Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edə bilər: “Ümid edirik ki, burada vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçılar Ermənistanı bu şansı itirməmək üçün dilə gətirəcəklər. Çünki onlar müstəqil ölkə olmaq şansını əldən verib, digər ölkələrin müstəmləkəsinə çevrilib və real şəkildə müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”.

 

Forumun ilk günündə nələrin müzakirə olunduğunu bilmək üçün bu linkə keçid edin.

 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş silahlı insidentin detallarını açıqlayıb. Silahlı hücumda 4 nəfərin iştirak etdiyi müəyyən olunub. Onlardan biri zərərsizləşdirilib, üçü ələ keçirilib.

 

Müdafiə Mazirliyi məlumat yayıb ki, martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub. Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyev minaya düşüb.

 

Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin fevralın 20-də İrana səfərə getməsi, martın 4-dən bəri ondan xəbər alınmasının mümkün olmaması ilə bağlı məlumata aydınlıq gətirilməsi məqsədilə İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.

 

Gürcüstanda qalmaqallı “xarici agentlər” haqqında qanun layihəsi genişmiqyaslı etirazlara səbəb olub. Etirazlarda polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib, 133 nəfər saxlanılıb. Daha sonra hakimiyyət qanun layihəsini geri götürüb və saxlanılan şəxsləri azad edib. Ancaq aksiyaçılar dayanmayıb, hökumətin istefasını və yeni seçkilərin keçirilməsini tələb edib.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprel ayında İstanbulda Rusiya və Ukrayna liderləri Vladimir Putin ilə Volodimir Zelenski arasında görüş təşkil etmək istəyir. Bu barədə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Çağrı Erhan bildirib

Rusiya Ukrayna şəhərlərinə ballistik və digər raketlərlə zərbələr endirib. Kiyev, Odessa, Lvov və digər şəhərlərdə zərbələr nəticəsində mülki şəxslər həlak olub.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

HDP-nin Kılıçdaroğlunu dəstəkləməsi seçkiyə necə təsir edəcək? – ŞƏRH

Bir video ilə məşhurlaşan 13 yaşlı məktəblini tanıyaq – FOTOLAR

İki ayda 38 nəfər dəm qazından, 15-i içkidən ZƏHƏRLƏNİB

İlham Əliyevdən Qarabağ ermənilərinə mühüm MESAJ

Bakı və İrəvan arasında sülh olmasa… – ABŞ kəşfiyyatından PROQNOZ

Ölkəmizi “Avroviziya”da onlar təmsil edəcək

Baykalın qızı AKP-ni dəstəklədi – Yaxşı ki, Ərdoğan var

“Xarici agent” qalmaqalı: Gürcüstan hakimiyyəti nədən QORXDU?

Mirzoyan Azərbaycanın əleyhinə danışdı, ərəb nazirlər susdu

Bakı sakinləri Ərdoğanla Kılıçdaroğlu arasında seçim etdilər – SORĞU

Binəqədidə narkotik əməliyyatı – 98 nəfər saxlanıldı

Siyavuş Novruzov: “Əlbəttə, naziri də tənqid etmək olar” – MÜSAHİBƏ

“Avroviziya” təmsilçimiz: “Gözləmirdik, şokdayıq…”

Panik atak, depressiya… – Pandemiya həyatımızda nəyi dəyişdi

Ermənilər Qarabağa hansı silahları daşıyır – Ekspert açıqladı

İsraildəki ilk səfirimiz etimadnaməsini prezidentə təqdim edə bilmədi

Yenə evdən işləyirəm – Elmar Məmmədyarov

Bir saat qəlyan çəkmək 5 qutu siqaretə bərabərdir – TƏHLÜKƏ

Mənbə

Share: