
“Mümkün səfər ətrafında qaldırılmış hay-küyü nəzərə alaraq yenə də təhlükəsizlik baxımından bu səfərin baş tutmayacağını ehtimal edirəm…”
“Ukrayna Prezidenti Valdimir Zelenskinin mümkün səfəri ilə bağlı bəyanat Ermənistanın Qərbin müttəfiqi olmağa hazırlığının sınağıdır”.
Moderator.az xəbər verir ki, bunu politoloq Armen Hovannisyan “Kavkazskiy uzel” nəşrinə açıqlamasında söyləyib.
O, belə bir səfərin Ermənistanı “Rusiya-Ukrayna qarşıdurması meydanına” çevirəcəyi ilə bağlı iddiaları “təbliğat” və “şişirdilmiş” adlandırıb.
“Bu, əlbəttə ki, mübaliğədir. Rusiyanın maraqlarına zidd olan hər bir bəyanat Ermənistanı geo-siyasi qarşıdurmanın tərəfinə çevirir. Ermənistan kənarda qala bilməz və gec-tez hansı düşərgədə olacağı barədə qərar verməli olacaq. Ermənistan ictimaiyyəti isə artıq öz seçimini edib: sorğular göstərir ki, əhalinin təxminən 70%-i KTMT-dən çıxmağı dəstəkləyir. Qalır hakimiyyətin seçim etməyi”, – deyə A.Hovannisyan bildirib.
Hovannisyan hesab edir ki, Rusiyanın təsirini nəzərə alaraq, Zelenskinin Ermənistana ehtimal edilən səfərinin tarixi təhlükəsizlik baxımından gizli saxlanılır.
“Lakin, mümkün səfər ətrafında qaldırılmış hay-küyü nəzərə alaraq yenə də təhlükəsizlik baxımından bu səfərin baş tutmayacağını ehtimal edirəm”, – deyə erməni politoloq diqqətə çatdırıb.
S.Laçın