Ermənistan ən çox bu ölkələrdən yardım alıb

2024-cü ilin 10 ayında – yanvar-oktyabr aylarında Ermənistana 84 milyon 188,8 min dollar humanitar yardım daxil olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsinin açıqladığı məlumatda bildirilir.

10 ayda Ermənistana göndərilən humanitar yardımın böyük hissəsi kimya və əlaqəli sənaye sahələrinin məhsulu olub – 63 milyon 386,8 min dollar. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə çoxdur.

Ən böyük humanitar yardım ABŞ-dan göndərilib: 44 milyon 583,4 min dollar, bu, 10 ayda Ermənistana göndərilən ümumi humanitar yardımın 53 faizini təşkil edir.

İkinci və üçüncü yerlərdə 8 milyon 158,7 min dollar yardımla Almaniya və 3 milyon 660,2 min dollarlıq yardımla Fransa gəlir.

Qeyd edək ki, Ermənistana İsveçrə, Çin, İtaliya, Hindistan və digər ölkələrdən də humanitar yardım göndərilib.

Share: