Ermənistan ötən il 400 milyon ABŞ dollarından çox almaz ixracatı həyata keçirib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan “Armenpress”ə müsahibəsi zamanı danışıb.
“2022-ci ildə 400 milyon dollar almaz ixrac etmişik. 2021-ci ildə müvafiq rəqəm 175 milyon ABŞ dolları, 2020-ci ildə isə 75 milyon dollar olub”, – deyə nazir bildirib.
“Ötən il ilk dəfə zinyət əşyaları ixracatı da 100 milyon ABŞ dollarını ötdü”, – deyə Kerobyan əlavə edib.