Ermənistan Azərbaycana bu tarixdə hücum edəcək – KİV

Dəfələrlə xəbərdarlıq etmişdik ki, Ermənistan hakimiyyəti xarici ictimaiyyətə sülhə hazır olduqları barədə bəyanatlarına baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Caliber.az nəşri yazıb.

“Rəsmi İrəvanın revanşist əhval-ruhiyyə ilə dolu və intensiv hərbiləşən son hərəkətlərinin bütün məntiqi onu göstərir ki, bölgə erməni tərəfinin təhrik etdiyi növbəti müharibə partlamaq üzrədir. Üstəlik, Ermənistan artıq qarşıdurmanın yeni raunduna hazırlığını belə gizlətmir. Məsələn, ötən həftə hökumətin iclasında elan olunub ki, aprelin 1-dən iyunun 13-dək Ermənistanda növbəti ehtiyatda olan hərbçilərin təlimi keçiriləcək. Toplanışlar on həftə davam edəcək ki, bu da standart təlim müddətini əhəmiyyətli dərəcədə üstələyir”.

Nəşrin mötəbər mənbələrdən aldığı məlumata görə, İrəvan apreldə müharibəyə başlamağı planlaşdırır:

“Toplanmış faktlar və məlumatlar sərhəddə qəsdən aqressiv hərəkətlərə hazırlıqdan xəbər verir ki, bu da yeni eskalasiya təhlükəsini daha real edir”.

Share: