Ermənistan Azərbaycana təklif etdiyi “çərçivə sənədi”ndə nəyi nəzərdə tutur?

Ermənistan və Azərbaycan arasında təklif olunan çərçivə sazişi iki ölkə arasında münasibətlərin qurulması üçün lazım olan prinsiplər toplusudur.

Modern.az xəbər verir ki, bu barədə noyabrın 17-də jurnalistlərə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib.

 

“Bura Alma-Ata Bəyannaməsi əsasında hər iki ölkənin bir-birinin müstəqilliyini və ərazi bütövlüyünü tanıdığı formatda “ərazi bütövlüyünün tanınması prinsipi” daxildir. Danışıqların bu prinsip əsasında davam etdirilməsi üçün Praqada bir növ razılıq əldə olundu. Sənəd BMT Nizamnaməsi, Alma-Ata sənədləri və Ermənistan və Azərbaycanın qəbul etdiyi qərarlar əsasında hazırlanıb”.


Paruyr Hovhannisyan deyib ki, Ermənistan heç vaxt ərazi bütövlüyünün tanınması məsələsini Dağlıq Qarabağın gələcəyi ilə əlaqələndirməyib.

“Eyni şəkildə, söhbət insan haqları, təhlükəsizlik, yaşamaq hüququ və s.-dən gedirdi. Əvvəllər bizdə yalnız Dağlıq Qarabağ problemi var idisə, indi əsas Ermənistanın ərazi bütövlüyü məsələsidir”, – Hovhannisyan bildirib.


Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 16-da parlamentdə bəyan etmişdi ki, İrəvanın Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün iki yanaşması var.

“İki yanaşma var – təfərrüatlı yanaşma və çərçivə müqaviləsi modelinə uyğun yanaşma.

Təcrübə göstərir ki, çox təfərrüatlı məsələlərin həllinə cəhd edilərsə, çətinliklər yarana bilər. Məhz buna görə də Ermənistan çərçivə sülh sazişinin imzalanmasını təklif edir. Bu, ümumi təcrübədir və biz də bu yolla getməyə çalışmalıyıq”.

Mənbə

Share: