Ermənistan danışıqlar prosesini uzadır – Deputat (VİDEO)

Ermənistan danışıqlar prosesini uzadır – Deputat (VİDEO)

“Əvvəlki Minski qrupu ilə aparılan danışıqlarla, indiki danışıqları nəzərə alsaq fərqlər olduqca böyükdür. İndi danışıq tərəfləri biri-birinə öz sözünü deyə və əsas predmetləri müzakirə edə bilirlər”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Televiziyasının efirində deputat Cavanşir Feyziyev deyib.

 

Millət vəkili bildirib ki, bu danışıqlarda tərəf yalnız Azərbaycan və Ermənistandır.

 

“Bu görüşü təşkil edənlər tərəflərə öz mövqelərini sırımaq istəmirlər. Hətta ABŞ dövlət katibi bildirdi ki, biz yalnız görüşü təşkil edirik. Tərəflər özləri biri-biri ilə razılığa gəlməlidir. Amma görünən odur ki, Ermənistan danışıqlar prosesini uzadır.”- deyə deputat əlavə edib.

 

Daha ətraflı videomatrealda:

 

 

Mənbə

Share: