Ermənistanda 25 avqustdan etibarən üç aylıq hərbi-təlim toplantılarına start veriləcək.
Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Məlumata görə, qərar avqustun 18-də Ermənistan hökuməti tərəfindən qəbul edilib.
Hərbi-təlim toplantısının ehtiyatda olan hərbçilərin bacarıqlarının artırılması məqsədiylə keçirildiyi vurğulanıb.