Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Georgi Kutoyanın meyiti tapılıb.
Milletinsesi.az-ın “armenpress”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin sözçüsü Naira Harutunyan bildirib.
G. Kutoyanın üzərində güllə yarası olan meyiti paytaxt İrəvanda yerləşən mənzildə aşkarlanıb. Onun öldürüldüyü, yaxud intihar etdiyi hələlik məlum deyil.
Ermənistan İstintaq Komitəsinin rəis müavini Artur Melikyan və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Qeyd edək ki, G. Kutoyan 2016-2018-ci illərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olub.